İspaniya klubunda yeni baş məşqçi

İspaniyanın “Selta” komandasına yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Karlos Karvalhal çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Karvalhal “Selta”da bu gün istefaya göndərilmiş Eduardo Koudeti əvəz edib. Portuqaliyalı son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” komandasına rəhbərlik edib. 56 yaşlı mütəxəssis iyundan etibarən çalışdırdığı bu klubdan ötən ay ayrılmışdı.

“Selta” son beş matçdan dördündə uduzub və cəmi bir oyunda heç-heçə edib. Komanda 11 xalla 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button