
İsgəndərli oynadı, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında 30-cu turun oyununa çıxıb.
Komanda.az xəbər verir ki, İsgəndərlinin komandası “Vlajniya” ilə qarşılaşıb və rəqibinə uduzub (0:2).
Meydana start heyətində çıxan Vüsal sona qədər oynayıb.
“Partizani” 30 tura 44 xal toplayıb və 4-cü pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



