Əli Daei Ronaldonu təbrik etdi

İran yığmasının sabiq futbolçusu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxan portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu, Ronaldonu təbrik edib:

“Rekordu qırmasına bir qol qalan Ronaldonu təbrik edirəm. O, futbol çempionu və böyük insandır. Belə bir əlamətdar uğurun ona qismət olmasından qürur duyuram”.

Ronaldo AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunun Fransa ilə matçında (2:2) dubl etməklə Portuqaliya yığmasında vurduğu qolların sayını 109-a çatdırıb. Bununla da, 36 yaşlı futbolçu millidə ən çox qol vuran futbolçuların siyahısında zirvəyə şərik çıxıb. Buna qədər ölkəsinin əsas komandasında ən çox qol vurmuş futbolçu İran millisinin Azərbaycan əsilli keçmiş forvardı Əli Daei idi. AÇ-2020-də mübarizəsini davam etdirən Portuqaliya yığmasının hücumçusu daha bir qol vura bilsə, mütləq rekordçuya çevriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button