“İnter” xorvat futbolçu ilə gücləndi

“İnter” xorvatiyalı futbolçu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan klubu “Dinamo”da (Zaqreb, Xorvatiya) çıxış edən Petar Suçiçi heyətinə qatıb.

21 yaşlı futbolçunun keçidi “İnter”ə 14 milyon avroya başa gəlib.

Suçiç ötən mövsüm “Dinamo”nun heyətində 32 oyunda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button