“İnter Mayami” Suaresin transferi ilə bağlı razılığa gəlib

“İnter Mayami” “Qremio”nun hücumçusu Luis Suaresin transferi ilə bağlı danışıqlarda razılıq əldə edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, tərəflər yanvarda rəsmiləşəcək sövdələşmənin bütün detallarını razılaşdırıblar.

Uruqvaylı futbolçunun Lionel Messi, Jordi Alba və Serxio Busketslə eyni komandada oynamaq istədiyi daha əvvəl bildirilib. Onlar əvvəllər “Barselona”da birgə çıxış ediblər.

36 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 46 matçda iştirak edib, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button