“İnsanların onu tənqid etməsi gülməli görünür” – Evra

İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Patris Evra Premyer Liqanın 30-cu turunda keçirilən “Tottenhem”lə oyundan (1:1) sonra açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, sabiq müdafiəçi, uzun müddətdir zədəli olan Pol Poqbanın azarkeşlər tərəfindən tənqid olunmasına toxunub:

“Poqba uşaq kimi idi, oynamaq üçün səbirsizlənirdi və daha çox gözləyə bilmədi. Bu gün meydanda olmaq onun üçün vacib idi. İnsanların onu tənqid etməsi gülməli görünür. Xüsusilə, Bruno Fernandes komandaya gəldikdən sonra “Poqbaya ehtiyacınız yoxdur” deməyə başladılar. İnsanlar bu fikirləri səsləndirməkdən əl çəkməlidir. “Mançester Yunayted”in ona ehtiyacı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button