“Verdiyimiz qərarlar o qədər də yaxşı deyildi” – Martines

Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Bosniya və Herseqovina ilə oyunundan sonra (3:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı qərarlar vermədiklərini söyləyib:

“Rəqib çox yaxşı oyun quruluşuna sahib olduğu üçün matç çətin oldu. Verdiyimiz qərarlar o qədər də yaxşı deyildi. Topu itirdiyimiz zaman onlar əks-hücuma keçirdi. Açığı, Bosniya və Herseqovina çox yaxşı oynadı. Topsuz oynadığımız zaman necə çətin anlar yaşadığımızı gördük.

İnkişaf etdirməli olduğumuz çox məqam var. Növbəti oyunu səbirsizliklə gözləyirik. İslandiya millisi çox əzmkar komandadır”.

Portuqaliya millisi hazırda J qrupunda 9 xalla birinci, Bosniya və Herseqovina isə 3 xalla dördüncü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button