
DÇ-2026: İngiltərə millisində itki
İngiltərə millisinin müdafiəçisi Ris Ceyms DÇ-2026-da ən azı qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, müdafiəçi budun arxa əzələsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. O, iyunun 23-də Qana millisinə qarşı keçirilən matçdan sonra əzələsində gərginlik hiss etdiyini bildirib. Ceyms dünən komanda ilə birlikdə məşqə də çıxmayıb.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel təsdiqləyib ki, futbolçu Panama yığması ilə keçiriləcək oyun üçün komanda ilə birlikdə Nyu-Yorka yollanmayıb.
İngiltərə millisi pley-off mərhələsinə yüksələrsə, 26 yaşlı müdafiəçi 1/16 final qarşılaşmasını da buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



