Mövsümü 0 xalla başa vurdular
İngiltərə Çempionşipində çıxış edən “Şeffild Uensdey” mövsümün son turunda öz meydanında “Vest Bromviç” üzərində 2:1 hesablı qələbə qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə komandanın mövsüm ərzindəki xallar balansını mənfidən çıxmasına imkan verib. Daha əvvəl maliyyə qaydalarının pozulmasına görə klubdan 18 xal silinmişdi.
Nəticədə, “Şeffild Uensdey” mövsümü ümumilikdə 0 xalla başa vurub. Komanda artıq əvvəlcədən liqanı tərk edərək, aşağı diviziona düşmüşdü.
“Şeffild Uensdey” mövsüm ərzində cəmi 2 qələbə qazanıb, 12 oyunda isə heç-heçə edib. Bununla da, komanda İngiltərə futbolunda qeyri-adi mövsüm yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



