“Biz futbolçu olmaq istədik, hansısa qruplaşmanın üzvü yox”

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Adama Traore maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Traore, uşaq vaxtı cinayətkər qruplaşmalara qoşulmaq üzrə olduğunu deyib:

“Uşaq vaxtı məni bir neçə dəfə quldur dəstələrinə çəkmək istəyirdilər. Həmin dövrdə bu şəbəkələrin birinə daxil olmaq məşhur idi. Ancaq mən və qardaşımın düşüncəsi başqa idi. Biz futbolçu olmaq istədik, hansısa qruplaşmanın üzvü yox.

Düzdür, bir neçə dəfə davalarda iştirak etmişəm. Oxuduğum məktəbdə də qruplaşmalar var idi və tez-tez bir-biriləriylə dalaşırdılar”.

2018-ci ildən “Vulverhempton”da forma geyinən 24 yaşlı hücumçu, bu mövsüm Premyer Liqada 26 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button