İrqçilik edən azarkeş həbs olundu

İngiltərənin “Vest Bromviç” klubunun futbolçusu Roman Souyerə qarşı sosial şəbəkədə irqçilik edən bir azarkeş həbs olunub.

Komanda.az xəbər verir ki, Simon Silvud adlı fanat Souyerə ötən il “feysbuk” hesabında irqçi mesajlar yazıb. Birmingem məhkəməsi irqçilik edən azarkeşə iki aylıq həbs və 500 funt-sterlinq cəzası verib.

Souyer hazırda icarə əsasında “Stok Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button