Klopp futbolçularını milli komandalara buraxmır

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp braziliyalı futbolçuları Alisson Bekker, Fabinyo, Roberto Firmino və portuqaliyalı Dioqo Jotanı milli komandalara buraxmayacaq.

Komanda.az xəbər verir ki, buna səbəb futbolçuların geri qayıdarkən 10 günlük karantində qalmalı olmasıdır. Klopp, bu barədə yerli mətbuata açıqlamasında deyib. O, futbolçularının milli komandaların düşərgələrindən qayıdarkən 10 günlük karantinə alınmayacaqları təqdirdə, onlara icazə verəcəyini bildirib.

Böyük Britaniya hökuməti Braziliya, Kolumbiya və Portuqaliyadan qayıdanlar üçün 10 günlük məcburi karantin tətbiq edib.

“Liverpul”da Jota Portuqaliya millisinin üzvüdür. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində təşkil olunacaq. Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVİD-19 pandemiyasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button