“Everton” “Barselona”nın futbolçusu ilə maraqlanır

İngiltərənin “Everton” klubu “Barselona”nın futbolçusu Filippe Koutinyo ilə maraqlanır.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi qış fasiləsində 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Everton”un rəsmiləri Koutinyonun nümayəndələri ilə görüşüb. “Barselona” braziliyalı futbolçunun komandadan ayrılmasına razıdır.

Koutinyo ilə “Everton”la yanaşı, “Tottenhem” və “Nyukasl” da maraqlanır.

Koutinyo daha əvvəl İngiltərədə “Everton”un əzəli rəqibi olan “Liverpul”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button