“Çelsi” “Atletiko”nun futbolçusuna “elçi düşdü”

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Atletiko”dan Saul Niqesi heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Çelsi” 26 yaşlı yarımmüdafiəçini satınalma hüququ ilə birlikdə bir illik icarəyə götürmək üçün “Atletiko”ya təklif göndərəcək.

Madrid klubu Saul Niqesin satışından azı 45 milyon avro əldə etmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button