“Arsenal” braziliyalı üçün 25 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi Braziliyanın “Palmeyras” klubundan Danilonu transfer etmək niyyətindədir.

“Arsenal” 20 yaşlı yarımmüdafiəçi üçün “Palmeyras”a 25 milyon avro ödməyə hazırdır. Braziliya klubu Danilonu yaya qədər komandada saxlamaq istəsə də, “Arsenal” futbolçunun keçidini bu ay həll etməkdə israrlıdır.

Danilo “Palmeyras”la 83 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 18 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button