İngiltərə millisinin sabiq futbolçusu “Seltik”ə keçir

İngiltərə millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Co Hart karyerasını Şotlandiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı qapıçı “Seltik”ə keçməyə yaxındır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Hart yeni klubuna azad agent kimi keçəcək.

Co Hart 2007-2018-ci il aralığında “Mançester Siti”də forma geyinib. Qapıçı 2018-ci ilin yayında “Bernli”yə keçib. Hazırda azad agent olan Hart, 75 dəfə də İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button