İngiltərə klubunu “Barselona”ya dəyişə bilər

İngiltərənin “Vulverhempton” klubunun yarımmüdafiəçisi Ruben Neves karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona” ilə danışıqlar aparır.

Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcək. “Barselona” isə Neves üçün əsas namizəddir.

2017-ci ildə “Portu”dan transfer edilən Nevesin “Vulverhempton”la 2023-cü ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button