
Linqard Braziliya klubu ilə danışıq aparır
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard Braziliya klubuna keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Korintians”la danışıqlar aparır. Tərəflər artıq razılığa yaxınlaşıblar və danışıqlar son mərhələdədir.
Linqardın ötən həftə Braziliya A Seriyasının digər klubu “Remo”ya mümkün keçidi ilə bağlı xəbərlər yayılmışdı. O, 2025-ci ilin sonlarında Cənubi Koreyanın “Seul” komandasından ayrıldıqdan sonra azad agentdir.
“Korintians” Braziliya çempionatında keçirdiyi 4 oyundan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



