Premyer Liqa ilə vidalaşdılar

İngiltərə Premyer Liqasını tərk edəcək daha bir klub müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Şeffild Yunayted”dən sonra “Vest Bromviç” də yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Premyer Liqanın 35-ci turunda səfərdə “Arsenal”a uduzan “Vest Bromviç”in sona üç tur qalmış elita ilə vidalaşacağı dəqiqləşib.

“Arsenal” – “Vest Bromviç” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.