Premyer Liqada fevralın ən yaxşı baş məşqçisi açıqlandı

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Bernli”nin çalışdırıcısı Şon Dayçdır. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Şon Dayçın rəhbərlik etdiyi “Bernli” Premyer Liqada fevralda keçirdiyi 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə də heç-heçə edib.