İngiltərə klubu yeni baş məşqçisini açıqladı – Rəsmi

İngiltərənin “Vulverhempton” klubu Xulen Lopeteqinin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu yeni təyinatı rəsmi saytı vasitəsi ilə açıqlayıb.

56 yaşlı ispaniyalı mütəxəssis daha əvvəl “Portu”, “Real”, “Sevilya” və İspaniya millisində çalışıb.

“Vulverhempton”da əvvəlki baş məşqçi Bruno Laqe oktyabrın əvvəlində istefaya göndərilib.

Komanda İngiltərə Premyer Liqasında 13 turdan sonra turnir cədvəlində 19-cu yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button