
İngiltərə klubu Rodriqo üçün 60 milyon avro təklif edə bilər
“Real”ın vingeri Rodriqonu İngiltərə Premyer Liqası klublarından “Liverpul” təqib edir.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı braziliyalı futbolçu üçün 50-60 milyon avro təklif edə bilər.
Rodriqo “Liverpul”dakı gələcəyi hələlik məlum olmayan misirli hücumçu Məhəmməd Salahı əvəz edə bilər.
Braziliyalı vingerin “kral klubu” ilə 2028-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, bu mövsüm “Real”la 21 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



