
İnfantino “Real”ın prezidenti ilə görüşündən danışdı
FİFA prezidenti Canni İnfantino PSJ-nin “Arsenal”ı məğlub etdiyi (1:1, pen – 4:3) UEFA Çempionlar Liqasının finalında “Real”ın rəhbəri Florentino Pereslə görüşü barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Pereslə görüşməyin çox xoş olduğunu söyləyib:
“Budapeştdə (Macarıstanın paytaxtı) Pereslə görüşmək çox xoş idi. Onun uğuru, futbola töhfəsi və təsiri çox böyükdür. Futbol üçün etdiyi hər şeyə görə təşəkkür edirəm və əminəm ki, onun rəhbərliyi altında “Real’ı daha parlaq bir gələcək gözləyir”.
Qrum rəhbəri həmçinin, bildirib ki, FİFA ilə “Real” arasında uzun illərə dayanan sıx əlaqələr mövcuddur. İnfantino “Real”ın dünya futbolunda xüsusi rol oynadığını vurğulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



