
İnfantino Parisə səfər etdi, Fransa prezidenti ilə görüşdü
FİFA-nın rəhbəri Canni İnfantino Parisə səfər edib və Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüş ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının başlamasından üç ay əvvəl baş tutub. Tərəflər futbolun cəmiyyətdəki rolu və qarşıdan gələn turniri müzakirə ediblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino DÇ-2026 haqqında danışarkən, bunun bütün dünyanı sevinc anlarında birləşdirmək üçün mükəmməl fürsət olduğunu deyib:
“Bu, bütün dünyanı sevinc anlarında birləşdirmək üçün mükəmməl fürsətdir”.
FİFA prezidenti təşkilatın Paris ofisini ziyarət edib və Fransa nümayəndə heyətinin əməkdaşları ilə görüşüb. FİFA-nın bayrağı Parisdəki baş qərargah binasının üzərinə qaldırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



