İmişli komandasının futbolçusuna 14 oyunluq cəza verildi

AFFA Region Liqasında çıxış edən “İmişli Bələdiyyəspor” komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu “Ağsu” ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

Bu səbəbdən, qarşılaşma yarımçıq dayandırılıb və “İmişli Bələdiyyəspor”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button