“İlk hissədə 11 problem yaşadıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsində “Vilyarreal”a qalib gəldikləri oyun (3:2) haqqında danışıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçularına ikinci hissədə daha cəld olmalarını dediyini bildirib:

“Fasilə zamanı futbolçulara dedim ki, ikinci hissədə birincidən daha yaxşı oynamalıdırlar. Mən köməkçilərimdən birinci hissədə nəyi düzgün etdiyimizə dair, oyunçulara nə etməli olduqlarını xatırlatmaq üçün bir nümunə tapmalarını xahiş etdim. Amma onlar mənə dedilər: “Heç nə yoxdur”. Ona görə də, mən futbolçulara “daha çox boşluqlar tapmalı, daha çevik olmalısız” dedim. İlk hissədəki tək problemimiz Dioqo Yota deyildi. İlk hissədə 11 problem yaşadıq. Rəqibin baş məşqçisi Unay Emeri əla iş görür! 

“Vilyarreal” yaxşı oynadı, amma biz qələbəyə layiq idik. Özümüzü bu mövsüm 500 oyun keçirmiş kimi hiss edirik. Ona görə də, bu qələbə böyükdür”.

“Liverpul” Çempionlar Liqasının finalında “Real” – “Mançester Siti” cütünün qalibi ilə üz-üzə gələcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button