İlin məşqçisi mükafatına namizədlər məlum olub

“Globe Soccer Awards” – ilin məşqçisi mükafatına finalçılar açıqlanıb. 

Komanda.az xəbər verir ki, bu barədə mükafatın sosial şəbəkə hesablarında məlumat yayılıb.

İlin baş məşqçisi adına namizədlər bunlardır: Pep Qvardiola (“Mançester Siti”), Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”), Marsel Koller (“Əl-Əhli”), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi (“Barselona”).

Bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. 2022-ci ildə bu mükafatı Karlo Ançelotti qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button