İddia: “Neftçi”də 50 min avroluq hücumçu

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Vanqelis Platellasın xidmətində maraqlıdır. Bu barədə Yunanıstanın “sport24.gr” saytı məlumat yayıb.

“Neftçi” 30 yaşlı forvard üçün OFİ klubuna 50 min avro təklif edib. Qarşı tərəfin bu təklifi qəbul etdiyi deyilir.

Platellasın bu gün “Neftçi”nin Antalyadakı toplanışına qoşulacağı gözlənilir. Onunla illik 300 min avro qarşılığında ilyarımlıq müqavilə bağlanılacağı deyilir.

2015-ci ildə Yunanıstan millisinə çağırılmış, amma yığmada debüt edə bilməmiş futbolçu ötən yay 1 illik müqavilə bağladığı OFİ-də cari mövsümdə 17 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button