İbrahimoviç Azərbaycanla oyundan öncə: “Yaxşı komandamız var, amma…”

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlardan öncə təşkil olunan mətbuat konfransında danışıb.

Komanda.az xəbər verir ki, 42 yaşlı forvard bu qarşılaşmalarda meydana çıxa biləcəyini söyləyib:

“Yaxşı komandamız var, amma çətin qrupdayıq. Özümü yaxşı hiss etsəm və baş məşqçi şans versə, ölkəmə köməklik edəcəyəm. Mənim yaşımda artıq gələcək barədə deyil, indiki vaxt haqqında düşünməlisiz”.

O, hələ də yaşıl meydanlarda mübarizə apara bildiyi üçün meydanda olduğunu diqqətə çatdırıb:

“Ancaq yaşıma görə başqaları ilə müqayisə olunmaq istəmirəm. Xeyriyyəçilik üçün yığmaya seçilməmişəm. Buradayam, çünki hələ də oynaya bilirəm. Bunu da mümkün qədər uzun müddət davam etdirmək niyyətindəyəm”.

İbrahimoviç iki matçdan birində meydana çıxacağı halda, Avropa çempionatlarının seçmə mərhələlərində iştirak etmiş ən yaşlı oyunçu olacaq.

İsveç komandası martın 24-də Belçikanı, üç gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq. F qrupunda Avstriya və Estoniya da mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button