Hücumçulara meydan oxuyan müdafiəçilər

Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıya Niderland millisinin keçmiş futbolçusu Ronald Kuman başçılıq edir. “Barselona”nın sabiq futbolçusu 253 dəfə fərqlənməyə müvəffəq olub.

İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella, üçüncü sırada isə ispaniyalı Fernando Yerro yer alıb. Karyerasını davam etdirən oyunçulardan yalnız biri İFFHS-in siyahısına düşə bilib ki, bu da Fransa PSJ-sində çıxış edən Serxio Ramosdur. O, 128 qolla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button