Depayın “Barselona”dan istəyi

“Barselona”nın hücumçusu Memfis Depay qış transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçu maaşının qalan hissəsini 2023-cü ilin yayına qədər almaq istəyir. Əks halda, Depay müqaviləsinin sonuna qədər “Barselona”da qalacaq.

Futbolçu Çempionlar Liqasında çıxış edən klubdan təklif gözləyir. 

Depay 2021-ci ilin yayında “Barselona”ya keçib. O, bu mövsüm 131 dəqiqə meydanda olub, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button