“Heyətdən razıyam” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino klubun bu qış yeni hücumçu alıb-almayacağı ilə bağlı danışıb.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis BBC-yə açıqlamasında belə deyib: 

“Xeyr. Biz həmişə olduğu kimi tərkibi qiymətləndiririk. Dünən və bu gün idman direktorları ilə söhbətimiz oldu. Biz də digər komandalar kimi seçimlər və imkanlar axtarırıq. Amma mən sevinirəm ki, Armando Broya kimi futbolçumuz var. Hücumçu mövqeyində oynaya biləcək fərqli oyunçularımız mövcuddur. Heyətdən razıyam. Təbii ki, nəsə dəyişsə, bunu elan edəcəyik”.

Daha əvvəl mətbuatda “Roma”nın hücumçusu Paulo Dibalanın London klubuna mümkün transferi ilə bağlı xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button