“Heyətdə dəyişikliklər edəcəyik”

Məşqlərini davam etdirən “Araz-Naxçıvan-2” iki yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, baş məşqçi Zaur İsmayılov komandadakı durumla bağlı klubun mətbuat xidmətinə bunları deyib:

“Yanvarın 6-dan etibarən məşqləri bərpa etmişik. Futbolçuların fiziki hazırlığını yaxşılaşdırmağa çalışırıq. Buna görə də fiziki ağırlıqlı təmrinlərə daha çox yer veririk. Eyni zamanda, yoxlama oyunları da planlaşdırmışıq. Yükləmələr fonunda uşaqların durumuna baxmaq istəyirik. Heyətdə də dəyişikliklər edəcəyik. 2-3 futbolçu ilə yollarımızı ayıracağıq, o sayda da oyunçu dəvət edəcəyik. Namizədlər var. Klubumuzun U-19 komandasını da daim diqqətdə saxlayırıq, yaxşı mənada fərqlənən futbolçulara əvəzedicilərdə də şans verəcəyik”.

Komanda sabah – yanvarın 11-də “ASK Arena”da “Sabah-2” ilə üz-üzə gələcək. Növbəti görüş isə yanvarın 16-da baş tutacaq. Bu dəfə rəqib liqanın lideri “Neftçi-2” olacaq. Matç “Neftçi”nin təlim-məşq bazasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button