“Heç-heçədən razı qaldım” – Valdas Urbonas

Futbol üzrə Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, litvalı mütəxəssis qolsuz bitən oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Maraqlı və mübarizəli oyun keçdi. Ciddi hazırlaşmışdıq. Azərbaycan yaxşı komandadı. 90 dəqiqə ərzində müdafiəmiz intizamlı oynadı. Komanda olaraq yaxşı “performans” sərgilədik. İkinci hissəyə Azərbaycan daha yaxşı başladı. Top saxlamağı bacardıq. Hücumda işlərimiz yaxşı alınmasa da, rəqib də çox qol imkanı yaratmadı. Nəticədən və futbolçularımın çıxışından razıyam.
  • Qol imkanları yarada bilməsəz də, komandanın oyunundan razı qaldığınızı dediniz…
  • Azərbaycan millisi fərdi və güclü texnikalı futbolçulardan təşkil olunub. Müdafiəyə komanda olaraq diqqət yetirməliydik. İlk hissədə pressinqlə rəqibin hücumlarının qarşısını almağa çalışırdıq.
  • Lüksemburqla Azərbaycanı müqayisə etsəz, hansını üstün tutardız? Məğlub olduğunuz Lüksemburqu, yoxsa heç-heçə etdiyiniz Azərbaycanı?
  • Müqayisə etmək istəmirəm. Biri rəsmi oyun idi, biri yoxlama görüşü. Bir o qədər də, uğurlu təqvim deyildi. Azərbyacan yaxşı oyun göstərir. Xüsusilə də Xorvatiyaya qarşı oyunu qeyd edərdim. İki səfər oyunundan əli boş qayıtmaq istəmirdim.
  • Azərbaycanın zəif cəhəti nə idi?
  • Azərbaycan yaxşı futbolçulardan təşkil olunmuş komandadı. Mən gördüklərimi deyirəm. Ümumilikdə nəsə deməyim düzgün olmazdı. Azərbaycanın yaxşı futbolçularının olduğunu gördüm.
  • Nə üçün doğma dilinizdə deyil, rus dilində danışırsız?
  • Azərbaycanda xeyli insanlar gördüm ki, rus dilində danışır. Öz dilimizdə də danışa bilərəm, ingilis dilində də. Əsas odu ki, burda biz futbol haqda danışırıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button