“Heç-heçənin ədalətli nəticə olduğunu düşünürəm” – Simeone

İspaniya La Liqasının 7-ci turu çərçivəsində öz meydanında “Real”la 0:0 hesablı bərabərliyə razılaşan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, qarşılaşmanın çətin keçdiyini bildirib:

“Çox çətin oyun oldu. Start heyətlərinə baxdıqda, hər iki komandanın yaxşı müdafiə olunmaq istədiyi bilinirdi. İlk hissədə daha yaxşı oyun göstərən tərəf olsaq da, qol vura bilmədik. İkinci hissədə Yan Oblak Kərim Benzemanın baş zərbəsini dəf etdi. Heç-heçənin ədalətli nəticə olduğunu düşünürəm. Səhvlərimiz üzərində çalışmalı, oyunumuzu daha da yaxşılaşdırmalıyıq”.

La Liqada keçirdiyi 7 turdan sonra 14 xal toplayan “Atletiko” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button