“Yuventus”un Jorjinyoya olan marağı haqda ancaq mətbuatdan oxuyuram” – menecer

“Çelsi”nin futbolçusu Jorjinyonun meneceri Joao Santos adı “Yuventus”la yanaşı çəkilən yarımmüdafiəçinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, menecer, 28 yaşlı futbolçunun “Yuventus”a mümkün gedişi haqqında danışıb:

“Yuventus”un Jorjinyoya olan marağı haqda ancaq mətbuatdan oxuyuram, çünki qarşı tərəfdən heç kim bizimlə əlaqə saxlamayıb. Jorjinyo sadəcə “Çelsi”yə köklənib, məşqlərini edir və Premyer Liqanın bərpasını gözləyir. Mənim fikrimcə, hazırda “Yuventus”un onu transfer etməsi çətin olar, çünki transfer bazarı pandemiya ilə bağlı dəyişib və Jorjinyonun da “Çelsi” ilə 2023-cü ilədək nəzərdə tutulan müqaviləsi var. O, komanda üçün vacib futbolçudur”.