“Hazırda ərəblərlə rəqabət aparmaq çətindir” – Zanetti

“İnter”in vitse-prezidenti Xavyer Zanetti Səudiyyə Ərəbistanı klublarının Avropada çıxış edən oyunçuları heyətlərinə cəlb etməsi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Səudiyyə Ərəbistanı liqası Avropa futbolunun düşməninə çevrilə bilərmi” sualını belə cavablandırıb:

“Portuqaliyalı Kriştiano Ronaldo “Əl-Nəsr”ə keçdikdən sonra bütün işlər domino daşı prinsipi ilə işləməyə başladı. Onlar yalnız İtaliyada yox, eyni zamanda, İngiltərədə, İspaniyada çıxış edən oyunçuları alaraq, futbola sərmayə qoyurlar. Çempionatlarını inkişaf etdirmək üçün müqavilə imzalamağa hazır olan futbolçuları klublarına cəlb edirlər.

Səudiyyə Ərəbistanı liqasının Avropa futbolunun düşməninə çevriləcəyini bilmirəm, amma təbii ki, iqtisadi məsələlərdə arada ciddi fərq var. Hazırda ərəblərlə rəqabət aparmaq çətindir”.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button