“Meydançanın durumu oynamağa imkan vermədi”- “Araz-Naxçıvan”ın baş məşqçisi

“Araz-Naxçıvan” bu gün Azərbaycan Permyer Liqasının 17-ci turunun açılış matçında “İmişli” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Quba Olimpiya Kompleksinin stadionunda keçirilən matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Hava şəraiti və meydançanın durumu oynamağa imkan vermədi. Yaxşı oyun göstərmək istədik, amma standart vəziyyətdən iki qol buraxdıq. Oyunu kontrolda saxlamaq istədik, lakin stadionun durumu buna imkan vermədi.

Oyunçulara baxırıq, hər variantı yoxlamağa çalışırıq. Elə oyunçular var ki, tapşırıqları tez yerinə yetirir. Baxırıq yeni oyunçulara. Bu vəziyyətdə olan meydançada oyunu nəzarətdə saxlamağa çalışdıq. Bəzən futbolda belə hallar olur. Oyunu kontrol etmək, futbol oynamaq istədik, amma bəzən səhvər buraxdıq. Enişlər oldu. Belə meydançalarda normaldır. Ukraynada oynadıqda da belə meydançalarla qarşılaşmışam.

Yerli, legioner ayırmıram, 20 futbolçumuz var. Kim məşqlərdə özünü yaxşı tərəfdən göstərəcək, o da oynayacaq. Komandanı qururuq, baxımlı, hücum futbolu oynamaq istəyirik. İki həftədə komandanı qurmaq mümkün deyil. Hazırda “Neftçi” haqda düşünmürük. Oyundan-oyuna hazırlaşırıq. Bu gün “İmişli” idi, növbəti “Neftçi”. Sabahdan “Neftçi” ilə oyuna hazırlaşacağıq”.

“Araz-Naxçıvan” növbəti turda “Neftçi” ilə üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button