Milli üzvündən onu DÇ-2022-dən məhrum edən futbolçuya dəstək

“Leyptsiq”in və Fransa millisinin hücumçusu Kristofer Nkunku zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyəcəyinə dair sosial mediada fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, futbolçunun millidəki komanda yoldaşı Eduardo Kamavinqa ilə toqquşmadan sonra məşqdə zədələndiyi məlum olub. “Real”ın yarımmüdafiəçisi bu hadisədən sonra sosial şəbəkədə irqçi şərhlərə məruz qalıb. Nkunku məsələ ilə bağlı bunları deyib:

“Tibbi müayinədən sonra milli komandadan getməyə məcbur oldum. İndi tək məqsədim daha da güclü formada geri qayıtmaq üçün əzmlə işləməkdir.

Haqsız hücumların qurbanı olan komanda yoldaşım Eduardo Kamavinqaya hər zaman dəstək göstərəcəm. Milli komandanın bütün heyətinə və komanda yoldaşlarıma göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Fransa millisi Avstraliya, Danimarka və Tunislə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button