Hakimi döyən futbolçu intihar edib

Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb.

Komanda.az AP-yə istinadən xəbər verir ki, həyat yoldaşı onun intihar etdiyini deyib.

Qatar stansiyasının yaxınlığından tapılan oyunçu başından güllə yarası aldığı üçün ölüb. O, 24 yaşında vəfat edib.

Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyüb. Futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə azadlıqdan məhrum edilə bilərdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button