Həndbol: Azərbaycan çempionatlarında yeni mövsümə start verildi

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, kişilərin mübarizəsində “Bakı” “Azəryol”u (21:40), “Dinamo” “Təhsil”i (33:30), 1-ci turun mərkəzi matçında isə “Qarabağ” “Kür”ü (22:20) məğlub edib.

Sonuncu qarşılaşma “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, əvvəlki iki görüş isə Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində baş tutub.

Qadınların mübarizəsində “İdman Akademiyası” “Bakı”ya (44:13), “Azəryol” “Təhsil”ə (57:16) “Kür” isə “Qarabağ”a (49:25) qalib gəlib.

Hər üç oyun Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button