Həmişəki “Qarabağ”

Vüsal “Aydın” Qəmbərov

Yenə “skor yorumcuları” tökülüşüb…

“Qarabağ”ı ilk gündən izləyən adam kimi deyim: bu, mövsümün ilk oyunundakı ən yaxşı “Qarabağ”lardan biri idi. Təbii ki, “Lex” ciddi rəqib olduğu üçün daha ciddi yanaşdılar.

Oyunda da qeyri-adi bir şey olmadı. Həmişəki “Qarabağ”… 0:0, alınsa, bir qol vurub, ikinci oyuna rahat çıxmaq üçün oynamağa getmişdi.

Amma qabağındakı da “Sutyeska”, ya da “Saburtalo” deyil.

Hər şey normal idi, bircə buraxılan qol “Qarabağ”vari deyildi. İshakı gözdən qoymaq Kevin Medinanın və onun qol vurmasına imkan verən Medvedevin “klas”ına yaraşmadı. Yəni, 0:0-lıq oyun idi. Həmin o bir qolu da Kadi vurmalı idi, uzaqdan. Amma dünən alınmadı.

Bircə anlam verə bilmədiyim şey Toralın yerinə Elvinin oynaması oldu. Qalan hər şey qaydasında.

“Lex”in bəxti əlahiddə gətirməsə “Qarabağ” mərhələni keçəcək, inşallah.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button