“Həmin vaxt baş məşqçimiz Pep Qvardiola olsaydı…” – Runi

İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda “Derbi Kaunti” klubunda oynayan-məşqçi olan Runi, milli ilə bağlı danışıb:

“İngiltərə millisinin oyunlarını böyük maraqla izləyirəm və komanda qalib gələndə çox sevinirəm. 10 il əvvəlki millinin heyətinə baxsaz, düşünərsiz ki, bəlkə də, dünya futbolunda ən yaxşı komanda idi. Rio Ferdinand, Con Terri, Eşli Koul, Stiven Cerrard, Frenk Lempard, Devid Bekhem və başqaları var idi. Həmin vaxt baş məşqçimiz Pep Qvardiola olsaydı, şübhəsiz ki, hər şeyi qazanardıq”.

Runi 2003-2016-cı illərdə İngiltərə millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button