ÇL: “Həlledici oyunda “Real”la qarşılaşmaq istəməzdim, çünki…”

“İnter”in vitse-prezidenti Xavyer Zanetti Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Milan” cavab oyunu haqda (1:0) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “neradzurra”nın forvardı Lautaro Martines barədə də fikirlərini bölüşüb:

“Fərqli duyğular var. “İnter” 13 il sonra Çempionlar Liqasının finalında oynamağa layiqdir. Son matçda rəqibimizi gözləyirik. Buraya qədər yol qət etməyimiz komandanın uğurudur.

Həlledici oyunda “Real”la qarşılaşmaq istəməzdim, çünki bu turnir onlar üçün yaradılıb. Buna baxmayaraq, vacib olan finala çıxmaq idi.

Hər il durmadan inkişaf edən Lautaro Martinesin adına çox xoşbəxtəm. O, komandada olan digər futbolçular üçün nümunədir. Bu, bizim üçün vacib məqamdır”.

İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.

Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button