
Arda “Real”ın son illərdəki rekordunu yeniləyib
“Real”ın yarımmüdafiəçisi Arda Gülər unikal statistik göstərici ilə diqqət çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu cari La Liqa mövsümündə komanda yoldaşları üçün 70 qol imkanı yaradıb. Bu göstərici son illərdə “kral klubu”nun rekordudur. 2019/20 mövsümündən bəri “Real”ın heç bir oyunçusu bu həddə çata bilməmişdi.
Siyahının 2-ci pilləsində Vinisius Junior qərarlaşıb. Braziliyalı vinger 2021/22 mövsümündə La Liqada 68 “açar ötürmə” ilə yadda qalmışdı. İlk üçlüyü isə 2020/21 mövsümündə 67 qol vəziyyəti yaradan Toni Kroos tamamlayır.
21 yaşlı Gülər bu mövsüm La Liqada keçirdiyi 32 oyunda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



