“Gərginlik yaradan heç nəyi sevmirəm” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi sosial şəbəkədə “Real”ın vingeri Vinisius Junioru “təlxək və zarafatcıl” adlandıran “Barselona”nın idarə heyətinin üzvü Mikel Kampsın sözlərinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı bunları söyləyib:

“Mikel Kamps bu mesajı silibsə, onda onun əlavə nəsə deməsinə ehtiyac yoxdur. Biz ancaq onun onu silməsini qəbul edə bilərik. Gərginlik yaradan heç nəyi sevmirəm, bizə daha çox ədalətli oyun lazımdır. Məndən Kampsın sözlərinə fikirlərimi soruşmaqla əlavə gərginlik yaradırsız. Ona görə, də buna cavab verməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Kamps La Liqanın “Real” – “Sevilya” matçında (1:1) azarkeşlərdən birinin braziliyalı futbolçunu irqçilik zəminində təhqir etməsi ilə bağlı yaranmış vəziyyəti şərh edərkən onu ələ salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button