“Gəncə” NTD-yə qalib gəldi, “Neftçi” məğlub oldu

Azərbaycan Basketbol Liqasında 6-cı turun daha iki oyunu keçirilib.

Komanda.az xəbər verir ki, çempionatın liderlərindən olan NTD “Gəncə” ilə qarşılaşıb.

Gərgin keçən oyundan Gəncə basketbolçuları 89:86 hesablı qələbə ilə ayrılıblar.

Matçın məhsuldarları NTD-dən Londel King (24 xal, 12 ribaund), “Gəncə”dən Kollin Törner (25 xal, 10 ribaund) olublar.

Günün ikinci oyununda region təmsilçisi “Zirvə Astara” “Neftçi” ilə qarşılaşıb. Bu oyunda astaralılar rəqibi üzərində 85:78 hesabı ilə qalib gələrək çempionatda ilk qələbələrini qazanıblar.

Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Rashard Kruikşenk (28 xal, 5 asist ), “Neftçi”dən Rey Maksvel (27 xal, 6 ribaund) olublar.

Turun bağlanış oyunu bu gün “AAAF Xırdalan” və “Olimpik Şəki” komandaları arasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button