
Kante Türkiyə klubuna keçməyə razıdır
“Fənərbaxça” “Əl-İttihad”ın yarımmüdafiəçisi Nqolo Kanteni heyətinə qatmaq cəhdlərini davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun özü də İstanbul təmsilçisinə keçməyə müsbət yanaşır.
İddiaya görə, Kanteni “Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko tərəfindən təqdim olunan layihə cəlb edir və tərəflər arasında artıq şifahi razılıq əldə olunub. Ancaq transferin baş tutmasına əsas maneə “Əl-İttihad”ın futbolçunu buraxmaq istəməməsidir.
Kante 2023-cü ildə “Çelsi”dən azad agent kimi “Əl-İttihad”a keçib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na kimidir. O, cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



