“Barselona” liderlik şansını əldən verdi

Futbol üzrə İspaniya La Liqasında 33-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Barselona” doğma meydanda “Qranada” ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı bu oyunda Kataloniya təmsilçisi gözlənilməz məğlubiyyətlə üzləşib. Halbuki, qalib gələcəyi halda “Barselona” vahid liderə çevriləcəkdi. Amma sözügedən kollektiv bu şansdan yararlana bilməyib.

Bu məğlubiyyətdən sonra “Barselona” 71 xalla 3-cü pillədə qalıb. Eyni xala malik “Real” ikinci, 73 xalı olan “Atletiko” isə vahid liderdir. “Qranada” da 45 xalla 8-ci pillədə qərarlaşıb.

İspaniya La Liqası, 33-cü turun oyunu

29 aprel

Barselona – Qranada 1:2
Qol
: Messi, 23 – Maçis, 63. Molina, 79.

Bombardir: Lionel Messi (Barselona) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button