Lüksemburq – Azərbaycan: Statistika nə deyir?

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda səfərdə Lüksemburqla qarşılaşıb.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi kollektiv rəqibinə 1:2 hesabıyla uduzub və qrupdakı mövqedə – sonuncu sırada qalıb.

Oyuna Mahir Emreli, Namik Ələskərov, Anton Krivotsyuk kimi oyunçuları ehtiyatda saxlayaraq başlayan De Byazinin ilk düşüncəsi qol buraxmamaq olsa da, yığma sadəcə 8 dəqiqə “çərçivə”ni toxunulmaz saxladı. 28 dəqiqəyə Azərbaycan millisinə 2 qol vuran meydan sahibləri oyun ərzində hücum üstünlüyünü də özündə saxlayıb.

2:1 hesabıyla bitən qarşılaşmanın ümumu topla oynama faizi 52-nin 48-ə Lüksemburqun xeyrinə olub. Luk Holtsun baş məşqçilik etdiyi komandanın 15 hücum cəhdinin 14-ü qapıya zərbə ilə tamamlanıb. Bunların 7-si “çərçivə”dən kənara düşüb. Azərbaycan yığmasında isə ümumi zərbə sayı 7-dir. Ki, bunlardan cəmi 3-ü qapıya getsə də, qolla nəticələnməyib.

Azərbaycan yığmasının oyunda üstün olduğu məqamlardan biri ötürmə sayıdır. Milli 473 ötürmə edib ki, bunlardan 394-ü dəqiq olub. Lüksemburqda isə ümumi ötürmə sayı 427, dəqiq olanı isə 360-dır.

De Byazinin komandasının digər üstünlüyü isə sarı vərəqələrdə olub. Lüksemburqun 2, Azərbaycanın isə 3 futbolçusu “sarı” ilə cəzalanıb.

Lüksemburq – Azərbaycan 2:1

Topla oynama 52 faiz – 48 faiz
Hücum cəhdi 15 – 8
Qapıya zərbə 14 – 7
Dəqiq zərbə 4 – 3
Ümumi ötürmə sayı – 427 – 473
Dəqiq ötürmə – 360 – 394
Sarı vərəqə 2 – 3
Cərimə sayı 15 – 11
Küncdən zərbə 5 – 3
Oyundankənar vəziyyət 3 – 5

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button